İlin sonunda Qarabağla bağlı hansı sənəd imzalana bilər? - Sankt-Peterburq görüşünün DETALLARI

Hazırda oxunan: İlin sonunda Qarabağla bağlı hansı sənəd imzalana bilər? - Sankt-Peterburq görüşünün DETALLARI

52119

Bu ilin sonunda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin başçılarının qeyri-formal sammiti keçiriləcək (28 dekabr, Sankt-Peterburq). Toplantı çərçivəsində Prezident İlham Əliyev və Paşinyanın ikitərəfli görüşü də nəzərdə tutulub. 

İki gündür ki, belə xəbərlər yayılıb. Maraqlı məqamlardan biri də odur ki, görüş yeri Moskva, Soçi yox, məhz Sankt-Peterburqdur. Əsas maraq doğuran məqam isə bu dəfəki görüşdə nələrin müzakirə olunacağıdır. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan sabiq dövlət müşaviri Qabil Hüseynli bildirib ki, hazırda praktik işlərin görülməsi mərhələsi başlayıb:
 

MÖVZU İLƏ BAĞLI:

MDB dövlət başçılarının zirvə görüşü Sankt-Peterburqda keçiriləcək


“Nümayəndə heyətlərinin geniş tərkibdə olması, yəni müdafiə naziri, xarici işlər naziri, sonra kommunikasiya işləri, sərhədlərin delimitasiyası üzrə mütəxəssislərin də orada iltirak edəcəyi bildirilir. Belə təəssürat yaranır ki, müəyyən işlərin görülməsinə start verilə bilər.Bu işlərdən ən mühümü kommunikasiyaların açılmasıdır. Sərhədlərin müəyyənləşdirilməsi də istisna deyil. Nəticə etibarı ilə sülh müqaviləsinin imzalanması yolunda mühüm addımların gerçəkləşməsi mümkündür”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin