Ağdaşda kişi döyülüb, qadın hədələnib.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinə Aşağı Ləki kəndi ərazisində 3 nəfərin kənd sakini S.Soltanovu döyərək 1800 manat pulunu və mobil telefonunu almaları barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri - F.Nəbiyev, T.Qasımov və Z.Mirhəsənov müəyyən edilərək saxlanılıblar.
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə F.Nəbiyev və Z.Mirhəsənovun noyabrın 21-də kənd sakini olan bir qadını hədələyərək 1 000 manat pul tələb etmələri də müəyyən edilib.
Bizim.Media