“Cavaxetiya bölgəsi və bütün dünya ermənilərindir” – Ermənilərdən növbəti SAYIQLAMA - VİDEO

Hazırda oxunan: “Cavaxetiya bölgəsi və bütün dünya ermənilərindir” – Ermənilərdən növbəti SAYIQLAMA - VİDEO

52078

Xəbər verdiyimiz kimi, Ermənistanın Avropa Partiyasının sədri, Ermənistan Milli Demokratik Qütb Şurasının üzvü Tiqran Xzmalyan erməni telekanallarından birində canlı efirdə qonaq olarkən sərsəm açıqlama ilə yadda qalıb.

O, “Yüz il qabaq bütün Tiflis erməni şəhəri olub” ifadələrini işlədib.

Bizim.Media xəbər verir ki, “bu ideyanı” Telegram kanalının canlı efirində Gürcüstanda yaşayan Albert adlı bir erməni də dəstəkləyib.

Onun sözlərinə görə, Gürcüstanda yerləşən Cavaxetiya bölgəsi də ermənilərə məxsusdur. Bu kəlmə efirin aparıcısını və onları dinləyən gürcü xanımı bərk əsəbiləşdirib.
 

Xanım ona “Cavaxetiyada qədimdən qalan erməni qəbiristanlığı varmı?” sualını verib. “Yox” cavabı aldıqdan sonra xanım istehza ilə “ermənilər yəqin ölmürlər” sözlərini deyib.


Aparıcı isə ermənini separat danışıqlarına görə tənqid edib. Yayımın sonunda xanım ona “Çamadanların yığıb Gürcüstandan İrəvana getməyi” məsləhət görüb.

Erməni isə daha dərinə gedərək “Bütün Gürcüstan Ermənistandır və bütün dünya da ermənilərindir, oradakı insanlar da ermənidir” fikirlərini səsləndirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin