Dekabrın 15-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.
Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, temperatur Abşeron yarımadasında gecə 6-8, gündüz 10-13, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 15-16-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:35 / 14.12.2020
Dekabrın 15-nə olan hava proqnozu
Hazırda oxunan: Dekabrın 15-nə olan hava proqnozu
Hazırda oxunan: Dekabrın 15-nə olan hava proqnozu
5206
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.