“Ən sürətlə inflyasiya gedən sektor qida sahəsidir” - Nazir qiymət artımlarından danışdı

Hazırda oxunan: “Ən sürətlə inflyasiya gedən sektor qida sahəsidir” - Nazir qiymət artımlarından danışdı

52044

“İnflyasiya prosesləri ilk növbədə əhalinin gəlirinin dəyərini azaldır. Azərbaycan qlobal iqtisadiyyata inteqrasiya etmiş ölkə olduğundan bu, ölkəmizdə də öz əksini tapır. 2021-ci ildə ən sürətlə inflyasiya gedən sektor qida sahəsidir, müxtəlif tikinti materiallarıdır".

Bizim.Media xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-də yayımlanan "Hədəf" verilişində səsləndirib.

Qiymət artımlarından söz açan nazir qeyd edib ki, Azərbaycanda istehsalı az olan və ya ümumiyyətlə istehsal olunmayan, idxaldan asılı olduğumuz məhsullar üzrə qiymət artımları müşahidə olunur. Bu qiymət artımları isə birbaşa daxili bazara ötürülür:
 

MÖVZU İLƏ BAĞLI:

Mikayıl Cabbarovdan Azərbaycanın ilk sənaye parkı ilə bağlı PAYLAŞIM


"Burada hökumətin əlində o qədər də alət yoxdur. Biz çalışırıq ki, sosial müdafiə nöqteyi nəzərdən həssas təbəqələrə xüsusi yanaşma tətbiq olunsun. Dünya bazarlarında son iki ildə taxılın qiymətində 45-50 faizə yaxın artım baş verib. Biz kifayət qədər böyük həcmdə taxılı idxal edirik. 

Qiymət artımının qarşısını almaq üçün dövlət tərəfindən subsidiya verilir. Biz o subsidiyanı verdikdə, hansısa başqa istiqamətdə - istər əmək haqqına, təhsilə və səhiyyəyə vəsait ayrıa bilmirik”.

Mikayıl Cabbarov qiymətlərin süni şəkildə artırılmasının qarşısını almaq istiqamətində fəaliyyətin gücləndirildiyini deyib:

“Gələn il də bu, bizim prioritetimiz olacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin