Rumıniyada SOCAR-ın 67-ci yanacaqdoldurma məntəqəsi istifadəyə verildi - FOTO

Hazırda oxunan: Rumıniyada SOCAR-ın 67-ci yanacaqdoldurma məntəqəsi istifadəyə verildi - FOTO

51979

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ərəfəsində Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyada daha bir yanacaq-doldurma məntəqəsi (YDM) fəaliyyətə başlayıb.

Bizim.Media SOCAR-a istinadən xəbər verir ki, məntəqə ölkənin əsas turizm mərkəzlərindən olan Sibiu regionunun eyni adlı şəhərində, Sibiu Beynəlxalq Hava limanı yaxınlığında yerləşir.

Bu YDM regionda müştərilərin ixtiyarına verilən sayca 4-cü, ümumilikdə isə Rumıniya ərazisində açılmış 67-ci “SOCAR” brendli YDM-dir.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşada böyük yanacaqdoldurma məntəqəsi tikilir


Yeni məntəqədə quraşdırılmış 3 sayğac 4 kiçik və 2 böyük avtonəqliyyat vasitəsinin eyni anda yanacaqla təmin olunmasına imkan verir. Burada “NANO 95” və “NANO 98” (benzin), “NANO Dizel” və “NANO Super Dizel” tipli yanacaq məhsullarının, habelə maye qazın (LPG) satışı həyata keçirilir. Məntəqədə avtoyuma və elektromobillər üçün şarj cihazı quraşdırılmış, avtomobillərin salonlarının təmizlənməsi üçün tozsoran aparatı da qoyulub.

Məntəqə ərazisindəki "Nar" kafesində yerli və Azərbaycandan gətirilmiş məhsulların satışı həyata keçirilir.

SOCAR-ın Rumıniya üzrə bütün YDM-lərində olduğu kimi, burada da “Azərbaycan guşəsi” yaradılıb. Monitorlarda mütəmadi olaraq Azərbaycanın təbliği istiqamətində video-çarxlar nümayiş etdirilir.
 

"Hazırda Rumıniyanın 26 regionunda “SOCAR” brendi ilə çalışan 67 YDM-ə malik şirkətimiz təsdiq etdiyi strateji inkişaf planına uyğun olaraq qarşıdakı ildə də bu ölkədəki YDM şəbəkəsini genişlənidməkdə davam edəcək", - deyə açıqlamada qeyd olunub.


Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsi ilə həyata keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin