Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirin 7-ci turu keçirilir.
Bizim.Media xəbər verir ki, Fabiano Karuana (ABŞ) - Şəhriyar Məmmədyarov görüşündə ilk gedişi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov edib.
Qrossmeysterlər yarışın son iki günündə blits növündə mübarizə aparacaqlar.
Qeyd edək ki, rapid növündəki yarışlardan sonra hazırda 16 xala malik olan Rabbort və Karyakin ilk iki pilləni bölüşür. Məmmədyarov və Karuana 14 xalla 3-4-cü yerlərdə qərarlaşıb. Məmmədov 9 xalla 5-ci, Navara 8 xalla 6-cı, Əsədli 4 xalla 7-ci, Anand isə 3 xalla sonuncu - 8-ci sıradadır. Vüqar Həşimov Memorialına dekabrın 23-də başa çatacaq. Qalib rapid və blitsdəki yekun nəticələrə əsasən bəlli olacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
13:44 / 22.12.2021
Qurban Qurbanov Şəhriyar – Karuana görüşündə ilk gedişi etdi
Hazırda oxunan: Qurban Qurbanov Şəhriyar – Karuana görüşündə ilk gedişi etdi
Hazırda oxunan: Qurban Qurbanov Şəhriyar – Karuana görüşündə ilk gedişi etdi
51927
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.