Qazaxın 7 kəndi geri qaytarılır – Ermənilər sərhəddə alternativ yollar çəkəcək

Hazırda oxunan: Qazaxın 7 kəndi geri qaytarılır – Ermənilər sərhəddə alternativ yollar çəkəcək

51879

Azərbaycanın Qazax rayonu ilə sərhəddə yerləşən Ermənistanın Tavuş vilayətinin hakimiyyət orqanları alternativ yolun tikintisi üçün araşdırmalara başlayıb. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “yerevan.today” saytında yerləşdirilib.

Mənbə qeyd edir ki, artıq bununla bağlı müəyyən işlər görülür. 

Söhbət Voskepara (Əskipara) gedən yeni yolun tikintisindən gedir. Bu isə o deməkdir ki, Qorus-Qafan avtomobil yolu Azərbaycana veriləndən sonra növbə Tavuşun sərhədyanı rayonlarına çatacaq. Bu barədə “Hraparak” qəzeti yazır.
 

MÖVZU İLƏ BAĞLI:

Əskiparanı ermənilər geri qaytarır – Azərbaycan bayrağı üçün DİRƏK qoyuldu –FOTOFAKT


Mənbə vurğulayır ki, Zəngəzurdakı əhvalatın təkrarlanmaması, düşmənin gəlib yolumuzda gömrük məntəqəsi yaratmaması, insanlarımızın bir kənddən digərinə getməsinə qadağa qoyulmaması üçün Tavuşda alternativ yolun vaxtından əvvəl tikintisinə başlamaq qərarı verilib: 

“Amma Zəngəzurda situasiya başqa cürdür.

Burada heç olmasa təmirə ehtiyacı olan alternativ yol var idi. Tavuşda isə “mübahisəli” hissələrdə yol sıfırdan çəkilməli, dağlar uçurulmalı və “qazılmalı”dır. Bu isə mürəkkəb və bahalı prosesdir.

Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumatı təkzib etmədən sualımıza qeyri-müəyyən cavab verdi:

“Diqqət ölkənin nəqliyyat şəbəkəsinin inkişafına yönəlib. Həm mövcud yolların təmiri, həm də yeni infrastrukturların qurulması istiqamətində genişmiqyaslı işlər aparılır. Yol şəbəkəsinin sıxlığının azaldılmasına ehtiyac olan ərazilərə xüsusi diqqət yetirilir. Ölkənin müxtəlif bölgələrində yeni magistral yolların açılması nəzərdə tutulur”, - deyə qəzet bildirib.

Xatırladaq ki, hazırda Qazax rayonunun 7 kəndi erməni işğalı altındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin