Ölkəmizdə ödəniş kartlarının sayı 10 milyon 858 min ədəd oldu

Hazırda oxunan: Ölkəmizdə ödəniş kartlarının sayı 10 milyon 858 min ədəd oldu

51851

Bank sistemi üzrə noyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 185 min ədəd artaraq 10 milyon 858 min ədəd təşkil edib.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.8 faiz artıb. 

Ödəniş kartlarında artım debet kartları üzrə 17,7 faiz, kredit kartları üzrə 27,3 faiz təşkil edib. 
Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 130 min, kredit kartları 293 min, digər kartlar isə 1,2 milyon ədəd artıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin