“Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi gələn il İrəvanda keçiriləcək – Azərbaycan qatılacaqmı?

Hazırda oxunan: “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi gələn il İrəvanda keçiriləcək – Azərbaycan qatılacaqmı?

51781

“Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi 2022-ci ildə İrəvanda keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan İctimai Televiziyasının direktoru Ovannes Movsisyan öz Facebook səhifəsində yazıb.

"Sabahdan başlayaraq hamımız bu genişmiqyaslı tədbirə hazırlaşmalıyıq. Sizin hər birinizin köməyinə ehtiyacımız olacaq", - deyə o, qeyd edib.

Xatırladaq ki, Ermənistan təmsilçisi Malena Fransanın paytaxtı Parisdə keçirilən son yarışmada 224 xal toplayaraq qalib olub.

Avropa Yayım Birliyi də bəyanatla çıxış edib. Müsabiqəsinin icraçı direktoru Martin Osterdal vuğrulayıb ki, Ermənistandan olan ifaçı müsabiqədə xal hesabında rekorda  imza atıb.

"Ermənistanın ruh yüksəkliyi hədsizdir. Biz məmnuniyyətlə açıqlayırıq ki, ölkənin İctimai Televiziyası gələn il Ermənistanda keçiriləcək 20-ci Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etmək arzusunu ifadə edib. Ümid edirik ki, onlarla xüsusi şou təşkil etmək üçün əməkdaşlıq edəcəyik”, deyə Osterdal əlavə edib.

Ermənistanda yarışmanın yeri və tarixi qısa zaman kəsiyində müəyyənləşəcək. 

Qeyd edək ki, Parisdə keçirilən son müsabiqədə ölkəmizi “One of those days” mahnısı ilə Sona Əzizova təmsil edərək 5-ci yeri tutub.

Yəqin yaxın günlərdə rəsmi Bakı İrəvanda keçiriləcək yarışmada gənc müğənnimizin iştirak edib-etməyəcəyinə aydınlıq gətirəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin