"Artıq Azərbaycan Prezidenti İlham Əliyevlə dəmir yolu əlaqəsi ilə bağlı prinsipial razılaşma var.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olarkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyandan mühüm AÇIQLAMA: “Azərbaycanla avtomobil əlaqəsini bərpa edəcəyik”
“Söhbət Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpasından gedir. Ümid edirik ki, bu işi 2-3 il ərzində yekunlaşdıracağıq", - N.Paşinyan bildirib.
Qeyd edək ki, Paşinyan Tbilisidə Ermənistan-Gürcüstan hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının iclasında iştirak edib.
Bizim.Media