Adına bir neçə mobil nömrə olanların ünvanlı yardım müraciəti hansı halda rədd edilir? – RƏSMİ CAVAB

Hazırda oxunan: Adına bir neçə mobil nömrə olanların ünvanlı yardım müraciəti hansı halda rədd edilir? – RƏSMİ CAVAB

51735

Sosial şəbəkələrdə adına bir neçə mobil əlaqə nömrəsi olan vətəndaşların ünvanlı sosial yardımla bağlı müraciətinə rədd cavabı veriləcəyi ilə bağlı məlumatlar yayılıb.

Bizim.Media xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər Departamentinin müdiri Rasim Səfərov "Sosial saat" verilişində yayılan məlumatlar doğru olmadığını bildirib.

"Şəxsin adına bir neçə mobil nömrə ola bilər. Sadəcə ərizə bəyannamədə bunu qeyd etmək lazımdır ki, həmin nömrələr vasitəsilə çəkilən xərclər düzgün hesablansın və bu da ünvanlı dövlət sosial yardımın təyin olunması zamanı nəzərə alınsın.

Bəzən vətəndaşın özünün də xəbəri olmadan adında bir neçə nömrə olur.

Biz də elektron sistemlər vasitəsilə yoxlama zamanı şəxsin adına olan nömrəni aşkarlayırıq və ərizədə bəyan edilmədiyi üçün imtina verilməsinə səbəb olur. Vətəndaşlar çəkinməsinlər. Adlarına nə qədər mobil telefon nömrəsi varsa, bəyan etsinlər. Bunlara çəkilən xərclər də kommunal xərclər kimi nəzərə alınır. Bu, gəlirlərin düzgün hesablanması baxımından labüddür", - deyə qurum rəsmisi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin