Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" MMC-nin baş direktoruna I müavin təyin edilib. Nazir Rəşad Nəbiyev bununla bağlı əmr imzalayıb.
Bu barədə Bizim.Media-ya nazirlikdən bildirilib.
Əmrə əsasən, sözügedən vəzifə Aysel Soltanovaya həvalə olunub. O, bundan əvvəl nazirliyə məxsus “Bakı Telefon Rabitəsi" MMC-nin ("Baktelecom") baş direktorunun müavini, daha əvvəl isə “Azərkosmos” ASC-nin (hazırda Kosmik Agentlikdir) Marketinq Departamentinin rəhbəri olub və sonuncu vəzifəsinə bu ilin mart ayında təyin edilib. Hələ ki, onun yerinə təyinat olmayıb.
Xatırladaq ki, "Baktelekom"un baş direktoru Nail Mərdanovdur. "Aztelekom"da isə bu vəzifəni müvəqqəti olaraq nazirliyin aparat rəhbəri Samir Məmmədov icra edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:48 / 21.12.2021
"Aztelekom"un baş direktoruna I müavin təyin edildi
Hazırda oxunan: "Aztelekom"un baş direktoruna I müavin təyin edildi
Hazırda oxunan: "Aztelekom"un baş direktoruna I müavin təyin edildi
51723
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.