Təhsil naziri pul yığımından DANIŞDI - "Mən məktəbdə oxuyanda da..."

Hazırda oxunan: Təhsil naziri pul yığımından DANIŞDI - "Mən məktəbdə oxuyanda da..."

51696

"Valideyn Müəllim Assosiasiyaları Təhsil Nazirliyinin qurumu deyil və qanunvericilikdə bu ictimai fəaliyyətin yaradılması əks olunub".

Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev ölkə başçısının müvafiq sərəncamı ilə əlaqədər keçirdiyi brifinqdə deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

"Rayon təhsil şöbələri ləğv edilməyib" – NAZİR

Onun sözlərinə görə, Valideyn Müəllim Assosiasiyalarının yaradılması əslində faydalıdır:

“Qanunsuzluq varsa, siz ora üzv olmaya, üzvlük haqqı verməyə və iclaslarına getməyə bilərsiniz. Azərbaycanda icbari təhsil pulsuzdur. Məktəblərdə hansısa yığımların olması qeyri-qanunidir. Biz yığımlara qarşıyıq. Bu, bu günün problemi deyil, mən məktəbdə oxuyanda da belə hallar var idi. İctimai birliklərin yaradılması istiqamətində inkişaf olmalıdır. O, məktəbin daxilində fəaliyyət göstərə bilər. Bu, valideynlərin idarə etdiyi bir qurumdur".

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin