Ötən gün səhər saatlarında İran rejiminin təhlükəsizlik qüvvələri bələdiyyə işçilərinin müşayiəti ilə Təbrizin Oğlu kəndi ətrafındakı torpaq sahələrinə girərək, evlərin və bağların divarlarını dağıtmağa cəhd göstərib. Nəticədə onlar kəndlilərin müqaviməti ilə üzləşərək ərazidən uzaqlaşmaq məcburiyyətində qalıblar.
Bizim.Media "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, lakin bir neçə saat sonra onlarla xüsusi təyinatlı hərbi texnika ilə yenidən həmin əraziyə gəlib və kənd sakinləri ilə aralarında şiddətli toqquşma baş verib.
Toqquşmalarda xüsusi polis qüvvələri kənd əhalisinə vəhşicəsinə hücum edərək döyməklə yanaşı, onların əmlakına və avtomobillərinə də ziyan vurub, bəzi avtomobillərin şüşələrini sındırıb, bəzilərinin dövlət nömrə nişanlarını özləri ilə aparıblar.
İki saatdan çox davam edən qarşıdurma nəticəsində kənddə bir neçə tikili dağıdılıb.
Təhlükəsizlik qüvvələri 5 kənd sakinini saxlayıb və onlar barəsində həbs qərarı çıxarılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:22 / 21.12.2021
İran xüsusi təyinatlı qüvvələri Təbrizdə sakinlərin evlərini dağıtdılar - SƏBƏB
Hazırda oxunan: İran xüsusi təyinatlı qüvvələri Təbrizdə sakinlərin evlərini dağıtdılar - SƏBƏB
Hazırda oxunan: İran xüsusi təyinatlı qüvvələri Təbrizdə sakinlərin evlərini dağıtdılar - SƏBƏB
51679
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.