Azərbaycan iqtisadiyyatına 60 milyard dollar xarici investisiya yatırılıb

Hazırda oxunan: Azərbaycan iqtisadiyyatına 60 milyard dollar xarici investisiya yatırılıb

0:00
0:00
51656

Son bir neçə ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 60 milyard dollara yaxın olub.

Bizim.Media xəbər verir ki, bunu Trend-ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, 2021-ci ilin doqquz ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar təqribən 580 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə bir neçə dəfə çoxdur.

"İnanırıq ki, Azərbaycana bu cür investisiya templəri davam edərsə, o zaman biz tezliklə 2019-cu ilin göstəricilərinə yaxınlaşa biləcəyik. Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun əsas hərəkətverici qüvvəsi qeyri-neft sektorudur. Bundan başqa, qeyri-neft ixracının göstəriciləri də sürətlə artır. Bu ilin dekabrın 10-na olan rəqəm 2020-ci ilin göstəricisi ilə müqayisədə 44 faiz artıb və 2,5 milyard dollara yaxın olub”, - deyə Abdullayev bildirib.

O, həmçinin qeyd edib ki, bu gün Azərbaycanın qeyri-neft ixracı rekord göstəricilər nümayiş etdirir.

"İnanırıq ki, yaxın gələcəkdə Azərbaycana birbaşa xarici investisiyalar pandemiyadan əvvəlki səviyyəyə çatacaq", - deyə Abdullayev əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin