İstehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı TƏLİMLƏR - FOTO

Hazırda oxunan: İstehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı TƏLİMLƏR - FOTO

51639

Mediatorlar üçün istehlakçıların hüquqlarının müdafiəsinə dair maarifləndirmə kurslarına start verİlib.

Bizim.Media xəbər verir ki, kurslar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının və Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə həyata keçirilir.

Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Sahib Məmmədov qurumunmüxtəlif nəzarət tədbirləri barədə məlumat verib.
 

Bildirilib ki, 2021-ci ilin 11 ayı ərzində istehlakçı hüquqlarının pozulması ilə bağlı Dövlət Xidmətinə 4500-ə yaxın müraciət daxil olub. Bu müddət ərzində müraciətlərin müsbət həlli nəticəsində istehlakçıların 330.000 manatdan artıq məbləğində tələbləri təmin edilib.


Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov bildirib ki, bu günədək akademiya tərəfindən 420 nəfər distant formada mediatorların ilkin hazırlıq kursuna cəlb edilib. Təlimləri uğurla başa vuran 354 nəfərə sertifikat təqdim edilib.

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovun sözlərinə görə, bu günədək şuraya ailə, kommersiya və əmək mübahisələrinə dair 9552 müraciət qəbul edilərək mediatorlar arasında bölünüb.

Sonra Dövlət Xidməti ilə Mediasiya Şurası arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin