Ombudsman Ağdamda faktaraşdırıcı missiya həyata keçirdi - FOTO

Hazırda oxunan: Ombudsman Ağdamda faktaraşdırıcı missiya həyata keçirdi - FOTO

51610

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə dağıdılmış qəbiristanlıqlarla bağlı faktaraşdırıcı missiyanı Ağdam rayonunda davam etdirib.

Ombudsman Aparatından Bizim.Media-ya verilən məlumata görə, faktaraşdırıcı səfər çərçivəsində Ombudsman Ağdam rayonunda Qarağacı və Uzundərə qəbiristanlıqlarında monitorinq aparıb və hüquq pozuntularına dair zəruri materiallar toplanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qəbiristanlıqların dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara hesabat təqdim ediləcək - FOTO


Digər rayonlarda olduğu kimi, Ağdamdakı qəbiristanlıqlarda da Ermənistan tərəfindən işğal dövründə basdırılmış minalarla bağlı təhlükənin mövcud olduğu aşkarlanıb.

Ombudsmanın həyata keçirdiyi yerində araşdırmaların nəticələri əsasında hesabat hazırlanaraq beynəlxalq və regional təşkilatlara ünvanlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin