Azərbaycanda övladlığagötürmə qaydasına dəyişiklik təklif edilir.
Bizim.Media-nın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə dəyişiklik olunur.
Dəyişikliklə Məcəllənin 118.20-ci bəndi yeni redaksiyada verilir:
“Uşağın övladlığa götürülməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür”.
Məcəllənin hazırkı bəndi isə belədir:
“Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 (üç) gün müddətində bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur”.
Müzakirələrdən sonra dəyişikliklər birinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:18 / 20.12.2021
Azərbaycanda övladlığagötürmə qaydası dəyişir
Hazırda oxunan: Azərbaycanda övladlığagötürmə qaydası dəyişir
Hazırda oxunan: Azərbaycanda övladlığagötürmə qaydası dəyişir
0:00
0:00
51594
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.