Avropa İttifaqının Azərbaycana qarşı növbəti ADDIMI nə olacaq? - Politoloqun ŞƏRHİ

Hazırda oxunan: Avropa İttifaqının Azərbaycana qarşı növbəti ADDIMI nə olacaq? - Politoloqun ŞƏRHİ

51591

Avropa Komissiyası tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollardır, Azərbaycana isə sizin qeyd etdiyiniz kimi 140 milyon. Yəni, fərq təqribən 20 dəfədir. Bu, ədalətlidirmi? Xeyr. Bu, hər iki ölkənin real ehtiyaclarına müvafiqdirmi? Xeyr.

Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur.

Bundan əlavə, işğal illəri ərzində Livanın sahəsinə bərabər ərazilər tamamilə dağıdılıb. Biz istəyirik ki, yanaşma vahid standartlara əsaslansın. Biz ədalət istəyirik və əlbəttə, Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsaitin verilməsini istəyirik.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsi zamanı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“3+3”ün TÜRKİYƏ TOPLANTISI – Gürcüstan oyuna daxil olur, yoxsa Ermənistan meydandan çıxır?


Belə ki, Avropanın ikili yanaşmasının ədalətli olmadığını qeyd edən İlham Əliyev, bu mövqeyin düzəldilməsinin vacibliyini də fikirlərində əks etdirib.

Ümumilikdə isə, Brüssel görüşünə istinadla Avropa İttifaqının Azərbaycana qarşı siyasətində müsbətə doğru müəyyən fərqliliklər müşahidə olundu. İstər Brüsseldə müzakirələr zamanı Aİ prezidenti Şarl Mişelin Azərbaycanın maraqlarının ziddinə hər hansı mövqe sərgiləməməsi, istərsə də Azərbaycanın 10 erməni əsirini qaytarmasına Birliyin rəsmiləri tərəfindən müsbət reaksiyanın verilməsi tərəflər arasında münasibətlərin inkişafı ilə bağlı müəyyən ümidlər yaradıb. Xüsusilə də, Prezidentin vurğuladığı paketin həcmi məsələsində.

Belə ki, hadisələrin bu cür cərəyan etməsi önəmli bir sualı meydana çıxarıb.

Aİ tərəfindən Azərbaycana və Ermənistana ayrılan paketin həcmi gələcək dövrlərdə ədalətli təyin oluna bilərmi?

Sualı Bizim.Media üçün cavablandıran politoloq İlqar Vəlizadə hər şeyin Avropa İttifaqının Ermənistana yanaşmasından asılı olacağını qeyd edib:

“Biz sözügedən məsələ ilə bağlı yalnız fərziyyələr irəli sürə bilərik; ola bilər dəyişsin, ola bilər yox. Çünki, təəssüflər olsun ki, məsələ Aİ-nin Ermənistana yanaşmasından asılıdır. Vəziyyətdə hər hansı dəyişikliyin baş verməsi isə, Azərbaycana qarşı Birliyin münasibətindəki dəyişikliklərə birbaşa bağlı olacaq. Yəni bu, bir indikator ola bilər. Əgər hər hansı fərqliliklər olmazsa, bu Avropanın Azərbaycana qarşı münasibətlərinin eyni qaldığının göstəricisi olacaq”

Hər şey yaxın aylarda bəlli olacaq…

“Əgər yaxın illərdə və ya aylarda Avropa öz hərəkətlərində müəyyən korrektələr edərsə, o zaman köklü dəyişikliklərdən söhbət gedə bilər. Lakin yanaşma eyni qalsa, Avropanın bu məsələdə fərqli mövqe sərgiləməsindən danışa bilmərik. Hər halda Azərbaycan əsirləri qaytarmaqla öz xoşməramlılığını göstərdi. İndi Avropa nəticə çıxarılmalıdır. Əgər onlar istəyirlərsə bu istiqamətdə daha ciddi addımlar atılsın, o zaman öz siyasətlərində müəyyən dəyişikliklər etməlidirlər”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin