Ləğv olunma növbəsi icra hakimiyyətlərinə çatdı? - İqtisadçıdan PROQNOZ

Hazırda oxunan: Ləğv olunma növbəsi icra hakimiyyətlərinə çatdı? - İqtisadçıdan PROQNOZ

51585

Xəbər verildiyi kimi ölkə başçısının sərəncamı ilə bəzi regional təhsil idarələri mərkəzləşdirildi. Əlavə olaraq isə bəzi rayon təhsil şöbələri əsasında Şərqi Zəngəzur Regional Təhsil İdarəsi yaradıldı. 

Regional birləşdirmə proseesindən sonra rayon icra hakimiyyətlərinin də mərkəzləşdirilməsi ilə bağlı məsələ gündəmə gəlib.

Təklif olunur ki, rayon icra hakimiyyətləri ləğv edilib onların bazasında iqtisadi zonalar üzrə 14 icra orqanı yaradılacaq. Ekspertlərin dediyinə görə son vaxtlar icra hakimiyyəti orqanlarının bir çox səlahiyyətləri məhdudlaşdırılır. Bundan əlavə bir çox komitə və nazirliklərinin şöbələrində də regional olaraq birləşdirilmə prosesi gedir.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Rəşad Həsənov qeyd edib ki, icra hakimiyyəti instututunun özü Azərbaycanda sosial-iqtisadi inkişafın qarşısında dayanan ən böyük əngəldir:

MÖVZU İLƏ BAĞLI:

Təhsil Nazirliyinin strukturunda DƏYİŞİKLİK: Regional Təhsil İdarələri yaradıldı - SİYAHI


“Bunu hər kəs qəbul edir. Hətta ölkə başçısı da bu məsələ ilə bağlı çıxışlarından birində qeyd etmişdi ki, Qarabağda yeni idarəetmə modeli tətbiq olunacaq. Əgər o model özünü doğruldarsa, həmin sistemin Azərbaycanda da tətbiqi faktiki olaraq ehtimal edilir. Bundan əlavə son iki ildə icra hakimiyyətləri institutunun 15 faizində  həyata keçirilən nəzarət tədbirləri və araşdırmalar nəticəsində bu sistemdə nöqsanların olduğu üzə çıxır”. 

Ekspert bildirib ki, icra hakimiyyətləri institutunun gələcək fəaliyyəti ilə bağlı müxtəlif yanaşmalar var:

“Quberniya, eyni zamanda ərazi vahidləri olaraq təsdiq edilmiş 14 iqtisadi rayon üzrə mərkəzləşdirilmiş idarəetmə modelinin yaradılması təklif olunur. Bir sözlə icra hakimiyyəti institutunun fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı yeni metodoloji yanaşmalar üzərində iş gedir. Bu isə onu deməyə əsas verir ki, institutun özünün struktur dəyişikliyi və ya təkmilləşdirilməsi ilə bağlı yaxın gələcəkdə ciddi mövqenin ortaya qoyulması ehtimalı çox azdır”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin