“Dünyada müqəddəs yer universitet sayılır, bizdə pirlər, ocaqlar...” – Fazil Mustafa

Hazırda oxunan: “Dünyada müqəddəs yer universitet sayılır, bizdə pirlər, ocaqlar...” – Fazil Mustafa

0:00
0:00
51580

“Falçılar və mediumlarla bağlı qadağalarla razıyam, ancaq mövhumatçılıq və dini təbliğat haqqında fikirlər isə medianın üzərinə qoyulmamalıdır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Milli Məclisin plenar iclasda “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

MÖVZU İLƏ BAĞLI:

İşsizlikdən sığorta haqqı 5 dəfə ARTIRILIR

“Bir çox hallarda xurafələrin təbliğatı və mövhümuatçılıq dövlətin siyasətinin içində də yer alır. Bəzi dövlət qurumları bunun yayılması üçün şərait yaradırlar.

Sonra da deyirlər ki, bu, bizim adət ənənələrimizdir. Bəzən pirlərdə, nəzir qutularında nömrə göstərirlər, təbliğ edirlər ki, bura bizim əziz yerimizdir.

Dünyanın aparıcı yerlərinin müqəddəs yeri universitet sayılır. Bizdə isə bu pirlər, ocaqlar bildiyiniz qaranlıq yerlər sayılır. Ona görə bu anlayışların “Media haqqında” qanununun layihəsinə salınmasına heç bir lüzum yoxdur”, - deyə Fazil Mustafa qeyd edib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin