“İşsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsinin genişləndirilməsi, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının 35 aydan 30 aya qədər azaldılması, həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi təklif olunur”.
Bizim.Media xəbər verir ki, bu sözləri deputat Əmək və sosail siyasəti komitəsinin sədri Musa Quliyev Milli Məclisini keçirilən plenar iclasında “İşsizlikdən sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisin iclası başladı – 34 məsələ müzakirə olunur
Deputat bildirib ki, qanun torpaq sahəsi olan insanlara da aiddir.
“Məşğulluq haqqında” qanuna edilən dəyişikliklərlə bağlı bildirilib ki, sənəddə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslərin peşə hazırlığı kurslarına ödənişsiz cəlb edilməsi, həmçinin peşə hazırlığına cəlb olunduqları dövrdə təqaüd almaları, haqqı ödənilən ictimai işlərə, habelə özünüməşğulluğa cəlb olunmaları kimi aktiv məşğulluq tədbirlərini təsbit edən müddəalar təklif edilir”.
O bildirib ki, işsizlikdən sığorta haqqının 5 dəfə artırılması təklif edilib.
Sonda qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:43 / 20.12.2021
İşsizlikdən sığorta haqqı 5 dəfə ARTIRILIR - VİDEO
Hazırda oxunan: İşsizlikdən sığorta haqqı 5 dəfə ARTIRILIR - VİDEO
Hazırda oxunan: İşsizlikdən sığorta haqqı 5 dəfə ARTIRILIR - VİDEO
51566
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.