Paşinyan: “İlham Əliyevlə görüşdən sonra dinc inkişafın yeni erası açılır”

Hazırda oxunan: Paşinyan: “İlham Əliyevlə görüşdən sonra dinc inkişafın yeni erası açılır”

51546

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycan prezidenti İlham Əliyevlə noyabrın 26-da Soçidə və dekabrın 14-də Brüsseldə keçirdiyi görüşlərdən sonra Ermənistan və bütövlükdə region üçün dinc inkişaf erası açmaq imkanı yaranıb. 

Bizim.Media xəbər verir ki, bu barədə bazar ertəsi Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Qeyd etmək istərdim ki, Soçi və Brüssel görüşlərindən sonra mən ölkəmiz və regionumuz üçün dinc inkişaf erasını açmaq üçün addım-addım irəliləyə biləcəyimiz fürsət görürəm.

Hər halda, Ermənistan hökuməti bu istiqamətdə getmək üçün əlindən gələni edəcək.” Paşinyan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüşündə belə deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin