Dekabrın 11-də erməni terrorçu birləşmələri 10 noyabr bəyannaməsinə zidd olaraq, Hadrut bölgəsində təxribata cəhd göstəriblər.
Bizim.Media “Ria Novosti”-yə istinadən bildirir ki, Qarabağdakı sülhməramlı qüvvələrin komandanı Rüstəm Muradov gərginlik olan iki kənd ərazisində vəziyyətin sabitləşdiyini qeyd edib.
Həmçinin onun sözlərinə görə, Rusiya sülhməramlıları Qarabağdakı vəziyyəti daim izləyir və Ermənistan, Azərbaycan tərəfləri arasında qarşılıqlı şəkildə əlaqə saxlayırlar.
Bizim.Media