Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və KfW arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində “Samur-Yalama Milli Parkının yaradılması” layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsinə düzəlişin təsdiq edilməsi haqqında” qanun layihəsi qəbul edilib.
Bizim.Media xəbər verir ki, 10 yanvar 2006-cı il tarixdə imzalanmış Müqaviləyə əsasən, Cənubi Qafqaz regionunda Ekoregional Mühafizə Proqramı və bu Proqramın tərkib hissəsi olan “Samur-Yalama Milli Parkı/nın yaradılması, habelə bu işlərin həyata keçirilməsi ilə bağlı ilk növbədə xarici valyuta xərclərinin maliyyələşdirilməsi üçün əvəzsiz olaraq KfW 2 milyon 550 min avro maliyyə yardımını əvəzsiz olaraq verəcəkdi.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisin iclası başladı – 34 məsələ müzakirə olunur
Müqavilə çərçivəsində 17 sentyabr 2020-ci il tarixinədək bu vəsaitdən 1 milyon 672 min 550,11 avro ödənilib.
Layihədə qeyd edilir ki, bu səbəbdən növbəti ödənişlər üçün 30 dekabr 2026-cı il tarixinədək hüquqi çərçivənin təmin edilməsi məqsədilə Maliyyələşdirmə Müqaviləsində dəyişikliklərin edilməsi təklif olunur.
Dəyişikliyə əsasən, KfW artıq 31 dekabr 2009-cu il tarixindən sonra deyil, 30 dekabr 2026-cı ildən sonra ödəniş etməkdən imtina etmək hüququna malik olacaq.
Müqaviləyə görə, KfW ilə Resipient arasında bu Müqavilə ilə tənzimlənən qarşılıqlı hüquqi münasibətlər Layihənin icra müddəti başa çatdıqdan sonra, bu Müqavilənin imzalandığı tarixdən 15 il müddətindən gec olmayaraq bitəcəkdi.
Düzəlişə görə isə KfW ilə Resipient arasında bu Müqavilə ilə tənzimlənən qarşılıqlı hüquqi münasibətlər layihənin icra müddəti başa çatdıqdan sonra, 30 dekabr 2027-ci il tarixdən gec olmayaraq bitəcək.
Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:29 / 20.12.2021
Milli Məclis Maliyyə Nazirliyi ilə bağlı qanun layihəsini TƏSDİQLƏDİ
Hazırda oxunan: Milli Məclis Maliyyə Nazirliyi ilə bağlı qanun layihəsini TƏSDİQLƏDİ
Hazırda oxunan: Milli Məclis Maliyyə Nazirliyi ilə bağlı qanun layihəsini TƏSDİQLƏDİ
51501
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.