Azərbaycanın köməyi ilə İtaliya qədim tapıntıya qovuşdu.
Bizim.Media xəbər verir ki, Roma bələdiyyəsi Bakıya minnətdarlıq ünvanlayıb. Səbəb 15 il öncə İtaliya paytaxtında dayandırılan qazıntıların Azərbaycanın yardımı ilə bərpa olunmasıdır.
Belə ki, 2014-cü ildə Azərbaycan hökuməti Roma bələdiyyəsinə 1 milyon avro yardım etmişdi. Yardımın ayrılmasında əsas məqsəd rekonstruksiya və arxeoloji qazıntılara dəstək göstərmək olub. Rəsmi Bakının yardımı sayəsində İtaliya bu gün daha bir tarixi abidsəni üzə çıxarıb.
Romanın İmperator Forumlarına aid, I əsrə aid olan Trayan bazarı aparılan qazıntılar zamanı üzə çıxarılıb.
Prezident İlham Əliyev, Azərbaycanın bu cür dəyərli layihənin bir hissəsi olduğu üçün qürur hissi keçirdiyini bildirib. "Bu həm də ölkələrimiz arasında əlaqələrin yeni mərhələsinin başlanmasından xəbər verir"
Xatırladaq ki, 2020-ci il İtaliyada Azərbaycan ili elan olunmuşdu.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:48 / 13.12.2020
Romadan Bakıya təşəkkür var
Hazırda oxunan: Romadan Bakıya təşəkkür var
Hazırda oxunan: Romadan Bakıya təşəkkür var
5146
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.