Ukraynalı nazir Donbas separatçılarını Bayraktarla qorxutdu

Hazırda oxunan: Ukraynalı nazir Donbas separatçılarını Bayraktarla qorxutdu

0:00
0:00
51437

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Danimarkaya işgüzar səfəri zamanı Donbassda Bayraktar TB2 döyüş pilotsuz təyyarəsinin ilk və indiyədək yeganə istifadəsi barədə danışıb. 

Bizim.Media xəbər verir ki, ukraynalı nazirin bəyanatı Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Donbas üçün Qarabağ variantı – Ukrayna Rusiya ilə danışıqlara gedəcəkmi?


Ukraynanın müdafiə naziri iddia edir ki, Ukrayna kəşfiyyatının məlumatına görə, həmin hadisədən sonra Donbassda ordu sıralarında ciddi iğtişaşlar başlayıb:

“Onlar təhdidləri başa düşürlər. Növbəti dəfə atəşkəsi yenidən pozsalar, bundan istifadə edəcəyik.
 

Bu dəfə Ukrayna istehsalı olan Bayraktar cavab verəcək ", - deyən Reznikov Ukraynada Ukrayna mühərrikləri ilə türk döyüş PUA-larının istehsalı üçün zavodun artıq tikildiyini bildirib.


Reznikov vurğulayıb ki, bu ilin noyabrında separatçılar mülki əhalinin yaşadığı Qranitnoye qəsəbəsini atəşə tutub və Ukrayna Silahlı Qüvvələri Bayraktar TB2-dən istifadə edib. Həmin atışma zamanı hərbçilərdən biri həlak olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin