Saakaşvilinin sevgilisi: “Mixeilin yaddaşında problem yaranıb”

Hazırda oxunan: Saakaşvilinin sevgilisi: “Mixeilin yaddaşında problem yaranıb”

51419

Ukrayna Ali Radasının deputatı və Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin sevgilisi Yelizaveta Yasko bildirib ki, siyasətçinin yaddaşında problemlər yaranmağa və əlilliyə səbəb ola biləcək xəstəliklər inkişaf etməyə başlayıb.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Şura daha əvvəl uzun sürən aclıq aksiyasından sonra hazırda Qori hərbi hospitalında müalicə alan Saakaşvilinin səhhəti ilə bağlı apardığı müşahidələrin nəticələrini yekunlaşdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Saakaşvili ayaq üstə dayana bilmir - Anası son vəziyyətini açıqladı


"Bir sıra xəstəliklər var ki, onlar nevroloji xəstəliklərlə bağlıdır. Bunlara beynin fəaliyyətinə təsir edən problemlər daxildir. Bu, onun hərəkətlərinin koordinasiyasına, onun necə hərəkət edə və yeriyə biləcəyinə, yaddaşına çox təsir edir... Təəssüf ki, onun çox ciddi problemi var.

Əlilliyə səbəb ola biləcək simptomatik xəstəliklər çox güclü şəkildə inkişaf edir”. Yasko bu fikirləri Facebook-da etdiyi yayımında deyib.

Qeyd edək ki, Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb. O, oktyabrın 2-də keçirilən yerli seçkilərə az qalmış vətənə qayıdıb. Gürcüstan prokurorluğu eks-prezidentin Ukraynadan Gürcüstana keçdiyi marşrut haqqında ətraflı məlumat verib: o, süd məhsulları ilə daşıyan yük avtomobilində səyahət edib.

Gürcüstan Prokurorluğu Saakaşviliyə qarşı sərhədi qanunsuz keçmə faktı ilə bağlı ittiham aktı hazırlayıb. Siyasətçinin vəkilləri daha əvvəl məlumat vermişdilər ki, Saakaşvili Gürcüstana təyyarə ilə gəldiyini elan edib və hakimiyyətin buna mane olmaq planları haqda şayiələrdən sonra siyasətçi vətəninə başqa yolla getməyə qərar verib.
 

Gürcüstanın eks-prezidenti bankir Sandro Qirqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsi işi üzrə qiyabi mühakimə olunub.


Birinci halda Saakaşvili üç il, ikincisində isə altı il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, o, 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, “İmedi” telekanalının talan edilməsi və dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi işlərində iştirak edir. Bu cinayət işlərinə hələ də məhkəmədə baxılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin