Peskov: “Heç kim Putini koronavirusa yoluxdura bilməz”

Hazırda oxunan: Peskov: “Heç kim Putini koronavirusa yoluxdura bilməz”

0:00
0:00
51412

“Rusiya prezidenti Vladimir Putinlə təmasda olan şəxsi heyət karantin və epidemioloji qaydalara əməl edir. Məqsəd dövlət başçısını koronavirusa yoluxdurmamaqdır. Bütün ehtiyat tədbirləri görülür: dövlət başçısı peyvənd olunub, ona görə də belə bir nəticənin olması ehtimalı azdır”.

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bu fikirləri prezidentin mətbuat katibi Dmitri Peskov azərbaycanlı jurnalist Nailə Əsgər-zadə tərəfindən hazırlanan və "Rossiya-1" telekanalının efirində yayımlanan “Təhlükəli virus. İkinci il” filmində bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Peskov yunanıstanlı jurnalisti PƏRT ETDİ - “Türkiyə silahı müdafiə üçün alır, sizsə,..” 


"Yaxşı, qulaq asın: o, Putindir, onu kim yoluxduracaq?" – deyə Kremlin nümayəndəsi kimində Putini yoluxduracağı təqdirdə hansısa planın olub-olmaması sualını cavablandırıb.

Eyni zamanda, Peskov qeyd edib ki, “Hadisələrin bu cür dönüşü barədə düşünmək və danışmaq istəmirəm”. 

"Ona görə də onun epidemioloji təhlükəsizliyini təmin etmək üçün ətrafında lazımi sayda mütəxəssis, həkim çalışır", - prezidentin mətbuat katibi vurğulayıb. 

O, əlavə edib ki, bu və ya digər şəkildə Putinlə əlaqə saxlayan və işləyən hər kəs zəruri epidemioloji təhlükəsizlik qaydalarına əməl edir və buna görə də prezident Rusiya Federasiyasının məsuliyyətli vətəndaşı kimi peyvənd olundu:

“Sonra təkrar peyvənd olundu. Həmçinin bu burun peyvəndi ilə əlavə təcrübədə iştirak etdi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin