ABŞ niyə varlı ölkədir? - İqtisadçılar səbəbini açıqladılar

Hazırda oxunan: ABŞ niyə varlı ölkədir? - İqtisadçılar səbəbini açıqladılar

51383

Rusiyalı iqtisadçı Maksim Şein bildirib ki, Amerika Birləşmiş Ştatları həm dövlətin, həm də vətəndaşların çoxlu borc alması səbəbindən bu qədər uzun müddət iqtisadi cəhətdən uğurlu ölkə olaraq qalmağı bacarır.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Praym” agentliyi yayıb.

Ekspert xatırladıb ki, ABŞ-ın borcları on trilyonlarla dollar təşkil edir.
 

MÖVZU İLƏ BAĞLI:

Qızıl bahalaşdı - FED-in açıqlaması səbəb olub?


ABŞ vətəndaşları təxminən 15 trilyon dollar dəyərində kredit toplayıblar: əsasən mənzil, avtomobil və təhsil sahəsində. Bura həmçinin kredit kartları da əlavə edilir.

ABŞ Maliyyə Nazirliyinin son statistik məlumatlarına görə, dekabrın 16-da ABŞ-ın dövlət borcu bir il əvvəlki 27,8 trilyondan 29,2 trilyona yüksəlib və ölkənin ÜDM-in həcmini keçib.

Pandemiya zamanı ABŞ aşağı dərəcələri saxlamaq üçün bazarda dövlət istiqrazlarını satın alaraq təkcə borc deyil, həm də pul emissiyasını artırıb. Belə bir siyasət ABŞ-a əhaliyə və biznesə kredit vermək yolu ilə yüksək istehlak səviyyəsinə malik dünyanın ən böyük iqtisadiyyatı olaraq qalmasına imkan verir.

Bu da qismən qlobal iqtisadiyyat tərəfindən maliyyələşdirilir, çünki ABŞ dolları ən mühüm hesablaşma vasitələrindən biri olaraq qalır. 
 

ABŞ Maliyyə Nazirliyi ölkə üçün yeni xilasetmə planının həyata keçirilməsinin ilk altı ayı ilə bağlı hesabat dərc edib.


Prezident Co Bayden ilin əvvəlində xilasetmə planını imzalayıb. Xəzinədarlıq Departamenti idarə olunan proqramlar üçün nəzərdə tutulan 1 trilyon dollardan təxminən 700 milyard dolları ayırmağı vəd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin