Oğlu cəbhədə olan məmur koronavirusdan vəfat etdi - FOTO

Hazırda oxunan: Oğlu cəbhədə olan məmur koronavirusdan vəfat etdi - FOTO

5125

1 saylı Bakı Məşğulluq Mərkəzinin direktor müavini Fərəc Qasımzadə koronavirusdan vəfat edib.

Bizim.Media xəbər verir ki, F.Qasımzadə və həyat yoldaşı bir müddət öncə koronavirusa yoluxub və xəstəxanaların birində müalicə alıblar.

F.Qasımzadənin həyat yoldaşının da vəziyyətinin kritik olduğu deyilir. Mərhumun oğlu hazırda cəbhədə hərbi xidmətdədir.

F.Qasımzadə uzun müddət Səbail rayon Məşğulluq Xidmətinin rəhbəri olub, bir müddət əvvəl 1 saylı Bakı Məşğulluq Mərkəzinin direktor müavini təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin