Avropanın 8 ölkəsi Rusiyanın NATO təklifini qəbul etmədi – Ən böyük təhlükə…

Hazırda oxunan: Avropanın 8 ölkəsi Rusiyanın NATO təklifini qəbul etmədi – Ən böyük təhlükə…

51249

Şimali Avropa və Baltikyanı ölkələrin müdafiə nazirləri Qərb dövlətlərinin heç bir halda Rusiyanın Avropada təhlükəsizlik təminatları ilə bağlı təklifləri ilə razılaşa bilməyəcəyini bildiriblər.

Bizim.Media xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

NATO hərbi komitəsinin iclası bu tarixdə keçiriləcək


Finlandiya, Estoniya, İsveç, Danimarka, Norveç, Latviya, Litva və İslandiyanın hərbi idarələrinin rəhbərləri bildirib ki, Avropa üçün ən böyük hərbi təhlükə Rusiyadır. Nazirlər yekdilliklə hesab edirlər ki, Qərb dövlətləri heç bir halda Rusiyanın tələbləri ilə razılaşa bilməz.

Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə ABŞ və NATO arasında təhlükəsizlik təminatlarına dair saziş layihələrini dərc edib. Sənədlər artıq Vaşinqtona və onun müttəfiqlərinə verilib.

Layihənin bəndlərindən birində NATO-nun alyansın Ukrayna ərazisinə qədər genişlənməməsinə təminat verməsi təklif olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin