Hikmət Hacıyev: "Ən böyük maneələrdən biri Ermənistanın yaratdığı mina təhlükəsidir"

Hazırda oxunan: Hikmət Hacıyev: "Ən böyük maneələrdən biri Ermənistanın yaratdığı mina təhlükəsidir"

0:00
0:00
51210

"Hazırda ölkəmizin qarşısında azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi və məcburi köçkünlərin geri qaytarılması kimi vacib məsələlər durur".

Bizim.Media xəbər verir ki, bu sözləri Gülüstan Sarayında Xarici İşlər Nazirliyi tərəfindən ilin yekunlarına həsr edilmiş qəbulda çıxışı zamanı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistana sərt xəbərdarlıq: "Bütün təxribatların cavabı veriləcək" - VİDEO


H.Hacıyev əlavə edib ki,  bununla bağlı ən böyük maneələrdən biri Ermənistanın yaratdığı mina təhlükəsidir. Bu təhlükənin aradan qaldırılmasında Azərbaycan beynəlxalq ictimaiyyətin ciddi dəstəyinə ümid edir.

Prezidentin köməkçisi Azərbaycanın Cənubi Qafqaz regionunda 30 ilə yaxın davam edən Ermənistanın hərbi işğalına son qoyaraq yeni reallıq yaratdığını və bu gün Azərbaycanın bölgədə regional əməkdaşlıq, kommunikasiyaların açılması, dövlətlərin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünə hörmət edilməsi prinsiplərinə və məramlarına əsaslanan yeni Cənubi Qafqaz regionunun qurulmasına çalışdığını qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin