Bir müddət əvvəl şəhər məktəblərinin birinin direktorunun valideynlərdən pul tələb etməsi barədə yayılan səs yazısı yenidən BU SUALI səsləndirməyə məcbur edib: - Məktəblərdə valideynlərdən pul yığılmalıdırmı?
Keçmiş deputat Sona Əliyeva isə bu halların qarşısını alınması üçün maraqlı çözüm yolu təklif edib. Onun fikrincə, məktəblərə muxtariyyət verilməlidir. O, düşünür ki, təhsil ocaqlarına nisbətən azadlıq yolu açılmalıdır ki, sərbəst qərar qəbul edə bilsinlər. Çünki qanunvericilikdə də qeyd olunur ki, məktəblər ianə qəbul edə və valideynlər tərəfindən köməklik oluna bilər. Belə olduğu təqdirdə bütün ianələr korrupsiya halları kimi deyil, leqal yollarla tənzimlənə bilər.
Bəs görəsən, dövlət məktəblərində bu ideyanı tətbiq etmək doğrudurmu?
MÖVZU İLƏ BAĞLI:
İbtidai sinifdə “din” təbliğatı – Uşaqlarımızı kim öz oyunlarına alət etmək istəyir? - VİDEO
Məsələyə təhsil eksperti Elçin Əfəndi ilə aydınlıq gətirməyə çalışıdıq. Mütəxəssis Bizim.Media-ya özəl açıqlaması zamanı bildirib ki, ümumiyyətlə, məktəblərdə hər hansı bir qeyri hökümət təşkilatının və ya ictimai birliklərin olması yolverilməzdir və buna qəti şəkildə etiraz edilməlidir.
“Bizim məktəblərə muxtariyyətin verilməsinə heç bir ehtiyac yoxdur, çünki bu birbaşa müəyyən ödənişlərin yığılmasına gətirib çıxaracaq. Dövlət hər bir məktəbə ciddi nəzarət edir. Bu zamana qədər məktəblərdə yalnız müəllim və valideyn assosasiyaları fəaliyyət göstərirdi və o birliyin üzvü olan şəxslərdən üzvlük haqqı kimi 1 manat tələb olunurdu. Digər tərəfdən isə məktəblərə ianələrin verilməsi xüsusi istəkdən aslı olan bir məsələdir. Ola bilər hansısa valideynin məktəbə təmir və s. üçün müəyyən məbləği ödəməyə imkanı çatır. Ancaq bu da hər zaman yol verilən hal deyil, çünki dövlət büdcəsindən hər bir məktəb üçün müəyyən məbləğ ayrılır. Məktəb əgər muxtariyyət alarsa, onlar arasında rəqabət başlayacaq.
Hər bir məktəb çalışacaq ki, şagirdlər tərəfindən seçilmək üçün daha çox peşəkar işçi heyətini işə cəlb etsin. Məsələn ödənişli əsaslarla fəaliyyət göstərən lisey və məktəbləri bitirən şagirdlərin nəticələri digərlərinə görə daha yaxşı olur”.
Ekspert məktəblərə publik hüquqi şəxs statusun verilməsi haqqında da danışıb. O, bildirib ki, əgər dövlət təhsil ocaqları belə bir status alsa bir müddətdən sonra bu məktəblərinin ödənişli əsaslarla fəaliyyət göstərməsinə gətirib çıxaracaq.
“Yəni, valideyn övladının təhsil alması üçün ödəniş etməli olacaq. Onsuzda bu gün valideyn ödəniş edib övladını hazırlığa göndərir, çünki məktəbdə keçirilən dərslər kifayət qədər yaxşı keçirilmir. Bu isə bir müddətdən sonra valideynlərin uşaqlarını məktəbə buraxmaması ilə nəticələnə bilər. Bu isə, hazırda məktəbin attestat vermək funksiyasını həyata keçirən bir qurum təəssüratı yaradır”.
Elçin Əfəndi dünya təcrübəsinə də nəzər salıb. Xaricdə məktəblərin şəffaflığın qorunub saxlanılması üçün təhsil ocaqlarının daxilində xüsusi xeyriyyə aksiyalarının təşkil olunduğunu, fondların yaradıldığını deyən təhsil eksperti qeyd edib ki, bu zaman valideynlərin ianəsinin hansı səmtə xərclənməsi barədə mütəmadi olaraq onlara hesabat təqdim olunur.
“Lakin bizdə bu sistem yoxdur. Məktəbdə yığılan pullara görə heç kim valideynlərə hesabat vermir, ümumiyyətlə, onlar bu məbləğdən çox vaxt xəbərləri olmur və yığılan pullar həmin təhsil ocağının rəhbərliyi tərəfindən mənimsənilmiş məbləğ statusunu qazanır. Əgər bu müəssisələrdə əlavə pulların yığılması hadisəsi varsa, bu birbaşa həmin məktəb rəhbərliyinin müəyyən qədər pul mənimsəməsi deməkdir. Bu isə məktəb rəhbərlərinin şəxsi mənafelərini güdməyi, varlanmaqlarını təmin edir”.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:30 / 18.12.2021
Məktəblərdə valideynlərdən pul tələbi leqallaşdırıla bilərmi? – Ekspertdən ŞOK CAVAB
Hazırda oxunan: Məktəblərdə valideynlərdən pul tələbi leqallaşdırıla bilərmi? – Ekspertdən ŞOK CAVAB
Hazırda oxunan: Məktəblərdə valideynlərdən pul tələbi leqallaşdırıla bilərmi? – Ekspertdən ŞOK CAVAB
51183
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.