Rusiyanın paytaxtı Moskvanın özəl klinikalarının birində erməniəsilli şəxsin azərbaycanlı bilərək bıçaqladığı özbək həkim xəstəxanada dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə Moskva Şəhər Prokurorluğu məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Erməninin Moskvada azərbaycanlı bilib öldürmək istədiyi həkim özbək çıxdı - ÖZƏL - VİDEO
Xatırladaq ki, hadisə dekabrın 13-də Moskva şəhərində özəl klinikaların birində baş verib.
Murad Oqanesyan adlı şəxs özəl klinikaya daxil olaraq həkim Camal Odilovu qətlə yetirmək məqsədilə ona bıçaqla xəsarətlər yetirib. O, polislər tərəfindən saxlanılıb və cinayətini etiraf edib.
Bizim.Media