Halal sözündən biznes termini kimi istifadə etmək haramdır? - İlahiyyatçıdan AÇIQLAMA

Hazırda oxunan: Halal sözündən biznes termini kimi istifadə etmək haramdır? - İlahiyyatçıdan AÇIQLAMA

51125

Dekabrın 16-da İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə İslam İnkişaf Bankının nümayəndələri arasında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, müzakirələrdən sonra tərəflər arasında Azərbaycanda Halal ekosistemin inkişaf etdirilməsi ilə bağlı razılaşma əldə olunub.

MÖVZU İLƏ BAĞLI:

“Elşad Mirinin bu fikirlərinə görə dindən çıxıram” - İlahiyyatçıdan etiraz VİDEO


Ümumiyyətlə, halal ekosistem nədir?

Bu sualı Bizim.Media üçün cavablandıran ilahiyyatçı Elşad Miri sözügedən anlayışla ilk dəfə qarşılaşdığını etiraf edib:

“Bu terminlə ilk dəfə qarşılaşıram. Ümumiyyətlə, ekosistemin qorunması insanlar üçün bir öhdəlik və vəzifədir. İnsanların bu gün ətraf mühitin mühafizəsi istiqamətində tədbirlər görməsi İslamın ilk şərtlərindən biridir”. 

İlahiyyatçı ətraf mühitin qorunmasının İslama görə ibadət foralarından biri olmasına da diqqət çəkib:

“İslamda iki cür ibadət forması var: İlki, insanla Allah arasındadır. Buna heç kim müdaxilə edə bilməz. İkincisi isə, insanların əlindən və dilindən digərlərinin xeyir və zərər gördüyü məqamlarla bağlıdır. Ekosistemin qorunması da məhz ibadətin ikinci forması ilə bağlıdır”.

Elşad Miri ekosistemin qorunmasında halal anlayışından istifadəyə də münasibət bildirib:

“İslamda ətraf mühitin qorunması ilə bağlı belə bir hədis var: “Qiyamətin qopacağını görsən belə, əlindəki fidanı ək”. İslamda əsas mahiyyət insanların faydasına olan məqamların ön plana çıxarılmasıdır. Əslində bu, bütün dinlərin ortaq dəyəridir. Amma fəaliyyət sahəsinin qarşısına “halal” və ya yəhudilikdə olduğu kimi “kaşer” sözünü əlavə etmək nə qədər düzdür? Bunun səbəbi insanların dini heysiyyatına toxunmaqdırmı, yoxsa yox?”.

İlahiyyatçı halal terminin biznes alətinə çevrilməsini də təəssüf hissi ilə qarşılayıb:

“Bu gün “halal kəsilmiş ət” və ya “halal kolbasa” hətta “halal bal” kimi anlayışlar ortaya atılıb və bundan biznes termini kimi istifadə olunur. Dünyada “halal” adı ilə fəaliyyət göstərən biznes 2 milyard dollara yaxın dəyərə malikdir. Bu terminin ortaya atılması da məhz insanların dini heysiyyatları ilə bağlıdır. Amma bunun doğru yanaşma olduğunu düşünmürəm”.

Murad Əhmədov, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin