Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa ölkə başçısı İlham Əliyevin Brüssel görüşlərini uğurla yekunlaşan səfər adlandırıb.
O, qeyd edib ki, Avropada Azərbaycanın maraqlarına uyğun qərarlar qəbul edildi.
MÖVZU İLƏ BAĞLI:
Prezident: “Azərbaycan qazı Avropa İttifaqının üç ölkəsinə çatdırılır” – VİDEO
Xüsusilə də Laçın dəhlizinin Zəngəzur koridoru ilə bərabərləşdirilməsi və Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsi çox önəmlidir:
“Bundan əlavə digər məsələlər, dəmiryol xəttinin açılması ilə bağlı Ermənistanın razılığı dilə gətirməsi, avtomobil yolu ilə əlaqədar söhbətlərin səslənməsi və Avropa İttifaqı tərəfindən də statusla bağlı Azərbaycana hər hansı bir təkidin olmaması onu göstərdi ki, Azərbaycanın bütün düşündükləri gerçəkləşdi.
Prezidentin böyük diplomatik bacarığı sayəsində burada Azərbaycan üçün çox rasional mövqe ortaya qoyuldu. Bu mövqe də Avropa rəsmiləri tərəfindən qəbul olundu. Bundan sonra konkret layihənin həyata keçirilməsinə, yolun açılmasına artıq başlaya bilərik”.
Bizim.Media