Ağdam Sənaye Parkında sosial zonanın yaradılması işləri yekunlaşıb və Parkda meşə zolağı yaradılır.
İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata əsasən, hazırda şəhərin konsepsiyasına uyğun olaraq, Sənaye Parkının meşə zolağının salınması istiqamətində işlər davam etdirilir və suvarılmasında tamamilə “yaşıl enerji”dən istifadə edilir.
MÖVZU İLƏ BAĞLI:
Ağdam Sənaye Parkı üçün 4 şirkətlə danışıq aparılır – Nazir müavini
Belə ki, Ağdam Sənaye Parkının sosial zonasında quraşdırılmış Azərbaycan istehsalı olan günəş panelləri və batareyaları suyun damlama suvarma sistemi vasitəsilə paylanması üçün tələb olunan elektrik enerjisini təmin edir.
Qeyd edək ki, Ağdam Sənaye Parkında sosial zonanın işıqlandırılmasında da tam olaraq günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.
Eyni zamanda, gələcəkdə Sənaye Parkının elektrik təminatında da günəş enerjisindən istifadə edilməsi planlaşdırılır.
Bizim.Media