Əli İnsanov 16 il sonra Prezident Adminstrasiyasında - FOTO

Hazırda oxunan: Əli İnsanov 16 il sonra Prezident Adminstrasiyasında - FOTO

50796

“16 ildən sonra Prezident sarayına gəldim!“.

Bizim.Media xəbər verir ki, bunu HƏP partiyasının sədri Əli İnsanov özünün “Facebook” səhifəsində yazıb. 

Böyük hərflərlə başladığı cümlənin davamında eks səhiyyə naziri bildirib ki, dekabrın 15-də Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvercilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb:

“2 saata qədər davam edən, qarşılıqlı anlaşma şəraitində keçən görüşdə dövlətimiz və xalqımız üçün vacib olan bir sıra məqamları geniş müzakirə etdik.

Cənab Ədalət Vəliyev Haqq Ədalət Partiyasının dövlət qeydiyyatına alınması münasibətilə məni təbrik etdi və partiyaya gələcək fəaliyyətində uğurlar arzuladı. Mən dəvət və təbrik üçün təşəkkürümü bildirdim və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşə hazır olduğumu bir daha dilə gətirdim.

Prezident Sarayında mənimlə qarşılaşan hər kəsin göstərdiyi hörmət və ehtirama görə ayrıca təşəkkürümü bildirirəm.

HƏP sədri Əli İnsanov”.

Bizim.Media 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin