“Zəngəzur və Laçın dəhlizləri eyni statusa malikdir” - Fərid Şəfiyevdən ŞƏRH

Hazırda oxunan: “Zəngəzur və Laçın dəhlizləri eyni statusa malikdir” - Fərid Şəfiyevdən ŞƏRH

50781

Prezident İlham Əliyevin dekabrın 14-də Brüsseldə NATO Baş katibi Yens Stoltenberqlə mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər arasında bəlkə də ən çox müzakirəyə səbəb olan “Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır” açıqlamasıdır. 

Bizim.Media mövzu ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevdən açıqlama alıb. 

Fərid Şəfiyev şərhinin əvvəlində qeyd edib ki, 10 noyabr üçtərəfli bəyanatında Laçın koridorunun təhlükəsizliyini Azərbaycan tərəfinin təmin etdiyi yer alıb:
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Zəngəzur dəhlizində gömrük olmamalıdır, Ermənistan israr etsə...”


Laçın dəhlizinin suverenliyi hər hansı üçüncü tərəfə verilmir və Laçın rayonu Azərbaycanın hüquqi ərazisi kimi qalmaqdadır. Sadəcə biz bunu (dəhlizə nəzarəti) müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələrinin kontroluna vermişik. 

Zəngəzur dəhlizi ilə bağlı isə 9-cu maddə var. Orada qeyd olunur ki, dəhliz üzərində həm insanların, həm də yüklərin hərəkəti maneəsiz olmalıdır. Yəni rus dilinin mətninə baxsaq, «беспрепятственный» - maneəsiz. Azərbaycan bunu tələb edir.

Əgər orada ermənilər tərəfindən gömrük postu, yaxud hər hansı başqa nəzarət məntəqəsi yaradılırsa, təbii ki, Azərbaycan da Gorus-Qafan yolunda olduğu kimi Laçın dəhlizində də post qura bilər. 

Sadəcə, burada bir vacib məqam var.

Hesab edirəm ki, bunu vurğulamaq lazımdır. Naxçıvan da və Qarabağda Rusiya sülhməramlıları yerləşən zona da Azərbaycan ərazisidir. Yəni, Zəngilandan Naxçıvana erməni ərazisi ilə keçən dəhliz də dəhliz olaraq bərabər hüquqa, statusa malikdir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin