Azərbaycanlı iş adamı Moldovada HƏBS OLUNDU

Hazırda oxunan: Azərbaycanlı iş adamı Moldovada HƏBS OLUNDU

0:00
0:00
50750

Moldovanın Kişinyov şəhər məhkəməsi Nuriyev soyadlı Azərbaycan vətəndaşını 13 il azadlıqdan məhrum edib.

Bizim.Media xəbər verir ki, o, Türkiyə vətəndaşını şantaj etməkdə təqsirli bilinir. İstintaqla məlum olub ki, Nuriyev və Türkiyə vətəndaşı uzun müddət biznes şəriki olublar.

Sonradan Türkiyə vətəndaşı ondan 2 milyon ley (178 min 500 manat) borc pul alıb. Amma pulu vaxtında qaytara bilməyib.

Bundan sonra, Azərbaycan vətəndaşı başqa bir həmyerlisi ilə Türkiyə vətəndaşının "Range Rover” markalı avtomobilini girov götürüblər. Onu digər əməlləri ilə şantaj ediblər.

Hadisənin digər iştirakçısının məhkəməsi isə davam edir. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin