Nazirlik ev heyvanlarının gəzdirilməsi məsələsinə aydınlıq gətirdi

Hazırda oxunan: Nazirlik ev heyvanlarının gəzdirilməsi məsələsinə aydınlıq gətirdi

5071

Daxili İşlər Nazirliyi (DİN) sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) ev heyvanlarını gəzdirməklə bağlı məsələyə aydınlıq gətirib.

Bizim.Mediia xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, ərzaq və dərman almaq, bank və poçt xidmətlərindən istifadə etmək üçün, habelə açıq havada vaxtın keçirilməsi üçün SMS vasitəsi ilə evdən çıxmaq icazəsi almış şəxslər 3 saat müddətində həm də ev heyvanlarını gəzdirə bilərlər. 

Bizim.Mediia

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin