Moldova xüsusi xidmət orqanları 2-ci Qarabağ müharibəsindən öncə və müharibə zamanı erməni havadarlarının dəstəyi ilə Azərbaycana qarşı təxribat xarakterli süjetlər hazırlayan rusiyalı jurnalist Semyon Peqovu saxlayıb və üzərində axtarış aparıb.
Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Artem Turov məlumat yayıb.
“Bu gecə Kişinyovdan Moskvaya uçan rusiyalı jurnalist Semyon Peqov Moldova Respublikasının İnformasiya və Təhlükəsizlik Xidməti tərəfindən tutularaq bir saatdan çox saxlanılıb”, – Turov Teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Peqov Dnestryanı münaqişənin tarixi və hadisələri, onun nizamlanmasında Rusiya Federasiyası və Rusiya sülhməramlılarının rolu haqqında süjetlər çəkib.
"Təhlükəsizlik Xidmətinin əməkdaşları onun telefon, noutbuk və digər avadanlıqlarında axtarış aparıblar və Ukrayna təhlükəsizlik qüvvələrinə təhvil verəcəkləri ilə hədələyiblər”, - deputat qeyd edib.
Turov bildirib ki, sonradan Peqov azadlığa buraxılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:22 / 15.12.2021
Semyon Peqov Moldovada saxlanıldı
Hazırda oxunan: Semyon Peqov Moldovada saxlanıldı
Hazırda oxunan: Semyon Peqov Moldovada saxlanıldı
50707
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.