AQTA 4 kafedə pozuntular aşkarladı - Yoxlamalar davam edir

Hazırda oxunan: AQTA 4 kafedə pozuntular aşkarladı - Yoxlamalar davam edir

50689

Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bizim.Media-ya verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 389 ictimai iaşə obyektində 682 monitorinq keçirilib.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Bu ölkələrdən quşçuluq məhsullarının idxalı qadağan edildi - YENİ QƏRAR


Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Qaradağ‎ rayonu, Lökbatan qəs., 28 May küç., ev 23 ünvanında yerləşən, fiziki şəxs Abdurrahman Tatarcıoğluna məxsus kafe;

2. Bakı Şəhəri, Sabunçu‎ rayonu, Mahir Əzimov küç., ev 26 ünvanında yerləşən, fiziki şəxs İbrahimova Elmira Cəlal qızına məxsus kafe;

3. Abşeron rayonu, Əliağa Vahid küç., m.239 ünvanında yerləşən, fiziki şəxs Ağayev Əsgər Əlisəfa oğluna məxsus "Ülkər Lahmacun" kafesi;

4. Göyçay rayonu, Səməd Vurğun küçəsində yerləşən, fiziki şəxs Zamanov Rafiq Gülməmməd oğluna məxsus kafe.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin