Ombudsman bir sıra təkliflər irəli sürdü - Yeni təşkilat yaradılır

Hazırda oxunan: Ombudsman bir sıra təkliflər irəli sürdü - Yeni təşkilat yaradılır

50677

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin yaradılması məqsədilə keçirilmiş növbəti onlayn iclasda iştirak edib.

Ombudsman Aparatından Bizim.Media-ya verilən məlumata görə, Azərbaycan Ombudsmanı S.Əliyeva Türkiyə Baş Ombudsmanı, Qazaxıstan və Özbəkistan ombudsmanları və milli insan hüquqları institutlarının nümayəndələrinin iştirak etdiyi iclasda çıxış edərək, Türk Dövlətləri Təşkilatının cari ilin 12 noyabr tarixində keçirilən 8-ci zirvə görüşünün əhəmiyyəti barədə danışıb. Həmin görüşün təşkilata üzv ölkələr arasında əməkdaşlığın daha da güclənərək yeni bir mərhələyə girməsi baxımından olduqca önəmli olduğu vurğulanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Səbinə Əliyevadan Haaqa məhkəməsinin qərarına MÜNASİBƏT: “İrəvan dərhal...”


S.Əliyeva sözügedən zirvə görüşünün türkdilli dövlətlər arasında bütün istiqamətlər üzrə, o cümlədən insan hüquqları sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə təkan verdiyini qeyd edib.

Bu baxımdan Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin əsasnaməsinin qəbulu prosesinin sürətləndirilməsinin əhəmiyyətini vurğulayan Ombudsman həmin əsasnamə ilə bağlı bir sıra təkliflər irəli sürüb.

Qeyd olunmalıdır ki, Azərbaycan Ombudsmanı Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin yaradılması istiqamətində aktiv fəaliyyət həyata keçirib və hazırda da bu fəaliyyəti davam etdirməkdədir.

İclas iştirakçılar arasında müzakirə ilə davam etdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin