Bu ölkələrdən quşçuluq məhsullarının idxalı qadağan edildi - YENİ QƏRAR

Hazırda oxunan: Bu ölkələrdən quşçuluq məhsullarının idxalı qadağan edildi - YENİ QƏRAR

50666

Azərbaycana daha 6 ölkədən diri quş və quşçuluq məhsullarının idxalı məhdudlaşdırılıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rusiya Federasiyasının Stavropol diyarında, Nigeriya Federativ Respublikasının Oyo, Taraba, Anambra, Enuqu, Rivers, Oqun, Abia, Federal paytaxt ərazisi və Akva İbom ştatlarında, İtaliya Respublikasının Friuli-Venesiya-Culiya regionunda, Belçika Krallığının Flandriya əyalətində və Pakistan İslam Respublikasının Şimal-Qərb Frontier regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə sözügedən ölkələrdən diri quş və quşçuluq məhsullarının idxalı dayandırılıb.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə həmin ölkələrdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin