Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyinin başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib.
Bizim.Media-nın yerli bürosununun məlumatına görə, səfər çərçivəsində Viktor Szederkenyi və macarıstanlı iş adamları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüblər.
Görüşdə Azərbaycanda şəhərsalma imkanları üçün Macarıstanın “Ağıllı və yaşıl şəhər” həlləri və texnologiyalarının təqdimatı olub.
Qonaqları salamlayan Niyazi Bayramov səfir Viktor Szederkenyiyə Gəncə şəhəri haqqında ətraflı məlumat verib.
Viktor Szederkenyi Gəncədə olmaqdan məmnunluq ifadə edib və əvvəlki gəlişi ilə müqayisədə şəhərdə infrastrukturun nəzərə çarpacaq dərəcədə inkişaf etdiyini bildirib. 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” olduğunu, bunun Gəncə və gəncəlilər üçün xüsusi əhəmiyyət daşıdığını bildirən diplomat, bu münasibətlə şəhər rəhbərliyini və gəncəliləri təbrik edib.
Daha sonra Macarıstanın müxtəlif şirkətlərinin nümayəndələri öz məhsulları barədə ətraflı məlumat verib, təqdimatla çıxış ediblər.
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
Məqsəd Rəhimov, Bizim. Media
- A-
- A
- A+
Cəmiyyət
18:12 / 14.12.2021
İkinci dəfə Gəncəyə gələn səfir: "Bu şəhərdə inkişaf var" - FOTO
Hazırda oxunan: İkinci dəfə Gəncəyə gələn səfir: "Bu şəhərdə inkişaf var" - FOTO
Hazırda oxunan: İkinci dəfə Gəncəyə gələn səfir: "Bu şəhərdə inkişaf var" - FOTO
50661
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.