Öz həmkarlarını güllələyən erməni əsgər həbs edildi - DETALLAR

Hazırda oxunan: Öz həmkarlarını güllələyən erməni əsgər həbs edildi - DETALLAR

50613

Erməni hərbçi Senik Arzumanyanın ölümü və daha iki əsgərin yaralanması ilə bağlı cinayət işində bir əsgər həbs edilib. 

Bizim.Media “armeniasputnik.am” saytına istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl hərbi xidmətə çağırılan əsgərin öz həmkarlarını öldürməkdə və yaralamaqda şübhəli bilinərək saxlanılması barədə məlumat yayılmışdı.

Araşdırma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları bir sıra mühüm hallar aşkar ediblər. Əldə edilən sübutlar əsasında şübhəli şəxs barəsində cinayət işi açılaraq həbs edilib.

Xatırladaq ki, dekabrın 10-da hərbi hissələrdən birində xidmət edən əsgər Senik Arzumanyan həmkarı tərəfindən güllələnərək vəfat edib. Daha iki hərbçi yaralanıb, onların həyatı üçün təhlükə yoxdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin