Salatın Əsgərovanın oğlu dövlətdən nə xahiş edib? – Qənirə Paşayeva AÇIQLADI

Hazırda oxunan: Salatın Əsgərovanın oğlu dövlətdən nə xahiş edib? – Qənirə Paşayeva AÇIQLADI

0:00
0:00
50578

“Dekabrın 16-da şəhid jurnalist Salatın Əsgərovanın 60 illik yubileyidir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin bu günki plenar iclası zamanı millət vəkili Qənirə Paşayeva deyib.

O, bildirib ki, Salatın Əsgərovanın şəhid olduğu əraziyə onun adı verilməlidir.

“O kəndə Salatınkənd adı verilməlidir. Ailəsinin araşdırması zamanı bəlli olub ki, 1998-ci ildə kəndin adı dəyişdirilib, lakin bu ad ora verilməyib. Onun yubileyi ərəfəsində oğlu və həmkarları onun şəhid olduğu kəndin Salatınkəndin adının verilmısini xahiş edir”.

Bundan başqa deputat bildirib ki, onun oğlu Ceyhun Əsgərov da 1 ildir ki, işsizdir. Aidiyyatı qurumlar buna biganə qalmamalıdır.

Qənirə Paşayeva həmçinn əməkdar artist Novruz Qartalın ağır vəziyyətindən və onun kirayədə qalması barədə də söz açıb.

“O, xərçəng xəstəsidir, vəziyyəti ağırdır. Onunla görüşdük və böyük arzusunun ömrünün sonunda 1 otaqlı da olsa  öz evinin olmasıdır deyə mənə bildirib”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin